Saytımızı qiymətləndirin


 
 

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi
Tarix: 29-10-2026 | Saat: 12:06
Bölmə:Karusel / Dünya | çapa göndər

Avropanın çığır-bağırı Trampın vecinə də deyil

Avropanın çığır-bağırı Trampın vecinə də deyil

ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensə İranla danışıqları bərpa etmək barədə göstəriş verdiyini təkzib edib.

Tramp jurnalistlərin onun Vensdən İranla danışıqları yenidən başlatmağı xahiş edib-etmədiyi barədə sualını cavablandırarkən deyib: “Xeyr. İranın dərman preparatlarına ehtiyacı var. Əslində, söhbət vəziyyəti ağır olan insanlara kömək etmək üçün dərmanların çatdırılmasından gedir”.

ABŞ prezidenti əlavə edib ki, Vens ondan bu məsələ ilə bağlı fikrini soruşub: “O, məndən nə düşündüyümü soruşdu. Mən də dedim ki, əgər bunu etmək istəyirsinizsə, buyurun”.

Bundan əvvəl “The Wall Street Journal” məlumatlı mənbələrə istinadən yazıb ki, Donald Trampın göstərişi ilə Cey Di Vens İranla sülh danışıqlarını bərpa etmək məqsədilə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaiyə məktub göndərib.



Xəbəri paylaş

9 dəfə oxunub.

Digər xəbərlər