Saytımızı qiymətləndirin


 
 

Zelenski: ABŞ-a Rusiya dizeli daşıyan tankerlər hücum hədəfi olmayacaq
Tarix: 28-10-2026 | Saat: 20:17
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna Prezidenti Volodimir Zelenski

 

Ukrayna ABŞ-a Rusiya istehsalı dizel yanacağı daşıyan gəmilərə zərbə endirməyəcək.

"Ukrinform" xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə bu gün jurnalistlərlə söhbəti zamanı danışıb.

“Rusiyadan Amerikaya yola düşən gəmilərə gəlincə, onlara heç kim toxunmayacaq, çünki bu gəmilərin ABŞ ilə əlaqəsi var”, – Ukrayna Prezidenti deyib.

Zelenski ABŞ və Rusiya arasında dizel yanacağının tədarükü ilə bağlı əldə olunan razılaşmanın gələcəkdə Moskva üçün digər sahələrdə də güzəştlərə yol aça biləcəyindən narahatlığını ifadə edib.

Onun sözlərinə görə, bu razılaşma Rusiyanın gübrə və qaz ixracına, dondurulmuş aktivlərinə, eləcə də ayrı-ayrı şəxslərə və qurumlara qarşı sanksiyaların yumşaldılması üçün presedent yarada bilər.

“Düşünürəm ki, dizel sazişi ruslara gələcəkdə oxşar addımlar atmaq imkanı açır. Söhbət gübrələrdən, qazdan, dondurulmuş aktivlərdən, sanksiyaların ləğv edilə biləcəyi digər şəxslərdən və qurumlardan gedir”, – Zelenski bildirib.

Ukrayna Prezidenti, həmçinin Rusiyanın təhlükəsizlik məsələlərində NATO və ABŞ ilə daha geniş razılaşmalara nail olmağa çalışdığını deyib. O, müharibənin başa çatması və Ukraynanın təhlükəsizlik təminatları müəyyənləşmədən Moskva ilə bu məsələlərdə güzəştlərə gedilməməsinə çağırıb.



Xəbəri paylaş

34 dəfə oxunub.

Digər xəbərlər