Saytımızı qiymətləndirin


 
 

ABŞ-ın dövlət borcu rekord həddə çatdı – 40,5 trilyon dolları keçdi
Tarix: 28-10-2026 | Saat: 16:09
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

dollar02

ABŞ-ın dövlət borcu tarixi maksimumunu yeniləyərək 40,5 trilyon dollar həddini keçib.

Bu barədə oktyabrın 28-də ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunan məlumatlarda bildirilir.

Nazirliyin məlumat bazasındakı son göstəricilərə əsasən, ABŞ-ın dövlət borcunun həcmi 40,528 trilyon dollara çatıb. Borc avqustun 18-də 40 trilyon dollar həddini keçmişdi.

Son iki ayda dövlət borcu əvvəlcə 1 faiz artıb, hazırda isə ümumilikdə 500 milyard dollar yüksəlib. Son on ildə ABŞ-ın dövlət borcu iki dəfədən çox artıb. 2016-cı ilin bu günlərində göstərici təxminən 19,8 trilyon dollar səviyyəsində idi.

ABŞ Maliyyə Nazirliyinin oktyabrın 21-nə olan statistik məlumatlarına görə, dövlət borcu əvvəlki iki ay ərzində təxminən 400 milyard dollar artaraq yeni tarixi maksimuma çatmışdı. Həmin vaxt borcun həcmi 40,4 trilyon dollara yaxınlaşmışdı.

Mövcud artım tempinə əsaslanan analitik ehtimallara görə, ABŞ-ın dövlət borcu 2030-cu ilədək 50 trilyon dolları keçə bilər.



Xəbəri paylaş

41 dəfə oxunub.

Digər xəbərlər