Tarix: 28-10-2026 | Saat: 15:07
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
AZCON Holding-in icraçı direktoru Şahin Babayev ölkəmizdə səfərdə olan Çinin “CRRC Zhuzhou locomotive” şirkətinin sədri Van Çiaolinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
AZCON Holding ilə Çin tərəfi arasında nəqliyyat sahəsində əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə dörd elektrikli sərnişin qatarının tədarükünə dair müqavilənin imzalanması əməkdaşlığın mühüm mərhələsi kimi qiymətləndirilib və əldə olunan nəticələrin gələcək tərəfdaşlıq üçün yeni imkanlar yaratdığı vurğulanıb.
Tərəflər ölkəmizin nəqliyyat və logistika infrastrukturunun inkişafı, dəmir yolu şəbəkəsinin genişləndirilməsi, eləcə də tramvay və digər şəhər mobilliyi layihələri üzrə mümkün əməkdaşlığı nəzərdən keçiriblər.
Görüşdə, həmçinin AZCON Holding-in idarəetmə yanaşması, nəqliyyat sektorunda həyata keçirilməsi nəzərdə tutulan layihələr və Azərbaycanın regional nəqliyyat əlaqələrinin gücləndirilməsi istiqamətində prioritetləri barədə məlumat verilib.


Digər xəbərlər


















