Saytımızı qiymətləndirin


 
 

ABŞ-da seçkilərə bir həftə qalmış Federal Seçki Komissiyasına haker hücumu olub
Tarix: 28-10-2026 | Saat: 08:26
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ-da seçkilərə bir həftə qalmış Federal Seçki Komissiyasına haker hücumu olub

ABŞ Federal Seçki Komissiyası haker hücumuna məruz qalması səbəbindən internet üzərindən fəaliyyət göstərən xidmətlərini müvəqqəti dayandırıb.

“Reuters“ agentliyinin məlumatına görə, naməlum haker komissiyanın informasiya sistemlərinə icazəsiz giriş əldə etməyə cəhd göstərib.

Bununla əlaqədar qurumun internetə bağlı xidmətləri müvəqqəti olaraq deaktiv edilib.

Komissiyanın rəsmi saytında elektron sənəd qəbulu sisteminin hazırda işləmədiyi bildirilib. Qeyd olunub ki, mütəxəssislər sistemin fəaliyyətinin bərpası istiqamətində fəal iş aparırlar.

Hadisə ABŞ-da noyabrın 3-nə təyin edilmiş Konqresə aralıq seçkiləri ərəfəsində baş verib.

Seçkilərdə Senatın üçdəbir hissəsi və Nümayəndələr Palatasının bütün üzvləri yenidən seçiləcək. Hazırda Konqresin hər iki palatasına Respublikaçılar Partiyası nəzarət edir.



Xəbəri paylaş

11 dəfə oxunub.

Digər xəbərlər
9-11-2022, 23:45 Sabah hava necə olacaq?