Tarix: 28-10-2026 | Saat: 08:27
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ-ın “Boeing” korporasiyası 2026-cı ilin sonunadək təyyarə tədarükü üzrə əvvəlcədən müəyyən etdiyi hədəflərə tam nail ola bilməyəcək.
“Reuters“ agentliyinin məlumatına görə, bunu şirkətin maliyyə direktoru Cey Malave bildirib.
Onun sözlərinə əsasən, “Boeing” 737 ailəsinə aid təyyarələrin aylıq istehsalını 47 ədədə çatdırmaq hədəfinə yalnız 2027-ci ilin əvvəlində nail olmağı planlaşdırır.
Halbuki şirkət rəhbərliyi hələ may ayında bu göstəriciyə 2026-cı ilin yayında çatacağını açıqlamışdı.
Beləliklə, korporasiya cari il ərzində 500 təyyarənin tədarükü ilə bağlı planını yerinə yetirə bilməyəcək.
“Boeing”in baş direktoru Kelli Ortberq isə bildirib ki, şirkət ən çox satılan “737 MAX” modelinin istehsal həcmini 2027-ci ilin ikinci yarısınadək əhəmiyyətli dərəcədə artırmağı nəzərdə tutmur.
Onun sözlərinə görə, buna səbəb təyyarə qanadlarının istehsal tempinin gözləniləndən aşağı olmasıdır.
Digər xəbərlər



















