Bu gün Vətən müharibəsi zamanı itkin düşmüş gizir İxtiyar Əliyev Goranboy rayonunun, Goranlı kəndində son mənzilə yola salındı.
Qarabaginfo.az “Yeni Gündəm”ə istinadən xəbər verir ki, vida mərasimində Milli Məclisin YAP-çı deputatı Anar Məmmədov, rayon ictimaiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və kənd sakinləri iştirak edib
Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb. Uzun müddət onun axtarışları davam edib.
Allah rəhmət eləsin.