Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarında ilk görüşünü keçirib.
86 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda
Bat Erdene Byambasurenlə üz-üzə gəlib. Rəqibini 11:2 hesabı ilə məğlub edən O.Nurmaqomedov 1/4 finala yüksəlib.
Digər sərbəst güləşçimiz Əliabbas Rzazadə isə startda özbəkistanlı Qulomjon Abdullayevə uduzub.
Bu gün, həmçinin yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) bürünc medal görüşünə çıxacaq. Onun rəqibi qırğızıstanlı Amantur İsmayılov olacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində dörd medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov ikinci yeri tutub. Boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.