Saytımızı qiymətləndirin


 
 

Gürcü nazir Cənubi Qafqaz Boru Kəməri və BTC-nin strateji əhəmiyyətindən danışıb
Tarix: 21-11-2026 | Saat: 19:06
Bölmə:Karusel / Sosial / Region | çapa göndər

Gürcü nazir Cənubi Qafqaz Boru Kəməri və BTC-nin strateji əhəmiyyətindən danışıb

“Gürcüstan Cənubi Qafqaz və Mərkəzi Asiyanı Avropa və beynəlxalq bazarlarla birləşdirən etibarlı tranzit dəhlizi kimi çıxış edərək Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində aparıcı rol oynayır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili Varşavada keçirilən “Transatlantik Energetika və İqlim Əməkdaşlığı Tərəfdaşlığı”nın yeddinci nazirlər toplantısında çıxışında deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz Boru Kəməri və Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi strateji infrastruktur layihələri Gürcüstanın enerji təchizatının şaxələndirilməsinə, asılılığın azaldılmasına və Avropanın enerji dayanıqlılığının artırılmasına verdiyi mühüm töhfəni təsdiqləyir.

“Gürcüstan Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Azərbaycan təbii qazının Türkiyə və Avropa bazarlarına nəqlini təmin edir, Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri vasitəsilə isə Xəzər regionunu beynəlxalq bazarlarla əlaqələndirərək Xəzər nefti üçün əsas tranzit marşrutu kimi çıxış edir", - deyə nazir bildirib.

Mariam Kvrivişvili Gürcüstan, Azərbaycan, Türkiyə və Bolqarıstan arasında bu yaxınlarda Antalyada təmiz enerji sahəsində imzalanmış sazişə də toxunaraq, bu təşəbbüsün Azərbaycan və Gürcüstanda istehsal olunan elektrik enerjisinin Türkiyə və Avropa İttifaqı ölkələrinə ixracına töhfə verəcəyini vurğulayıb.



Xəbəri paylaş

6 dəfə oxunub.

Digər xəbərlər