Saytımızı qiymətləndirin


 
 

İran ordusu: ABŞ-a məxsus F-16 qırıcısı hava hücumundan müdafiə sistemlərinin atəşi nəticəsində zədələnib
Tarix: 21-11-2026 | Saat: 18:32
Bölmə:Karusel / Dünya | çapa göndər

İran ordusu: ABŞ-a məxsus F-16 qırıcısı hava hücumundan müdafiə sistemlərinin atəşi nəticəsində zədələnib

ABŞ-a məxsus F-16 qırıcısı hava hücumundan müdafiə sistemlərinin atəşi nəticəsində zədələnib.

Qarabaginfo.az məlumatına görə, İran ordusu cümə günü axşam saatlarında ölkənin cənubunda yerləşən hava hücumundan müdafiə sistemlərinin vahid hava hücumundan müdafiə şəbəkəsinin nəzarəti altında Fars körfəzi üzərində ABŞ-a məxsus bir F-16 qırıcısını aşkar edib tanıdığını açıqlayıb.

İran ordusunun bildirdiyinə görə, əməliyyat zamanı hava hücumundan müdafiə sistemləri ABŞ qırıcısını izlədikdən sonra ona doğru raket atıb. Raketin hava vasitəsinin yaxınlığında partlaması nəticəsində ABŞ qırıcısı zədələnib.

Bəyanatda qeyd olunub ki, pilot missiyanı dayandırmağa və bölgədəki ən yaxın hava limanlarından birinə təcili eniş etməyə məcbur olub.



Xəbəri paylaş

5 dəfə oxunub.

Digər xəbərlər