Çeçenistandan olan 7 mindən çox döyüşçü xüsusi əməliyyat zonasındadır.
Qarabaginfo.az xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov bildirib.
Onun sözlərinə görə, ümumilikdə ölkədən Ukraynaya 28 mindən çox döyüşçü göndərilib.
Xüsusi əməliyyat başlayandan bəri Çeçenistandan döyüş bölgəsinə 28 mindən çox döyüşçü, o cümlədən 13 mindən çox könüllü göndərilib. Hazırda 7 mindən çox döyüşçü ön cəbhədədir”, – Kadırov deyib.(Azpost.info)