Saytımızı qiymətləndirin


 
 

Adəm Məmmədova yenidən cinayət işi açıldı
Tarix: 20-11-2026 | Saat: 14:54
Bölmə:Karusel / Kriminal | çapa göndər

adem-memmedova-yeniden-cinayet-isi-acildi

 

Keçmiş vəkil Adəm Məmmədova yenidən cinayət işi açılıb.

Qarabaginfo.az-ın əldə etdiyi məlumata görə, A.Məmmədov bu dəfə sağlamlığa zərər vurmaqda ittiham olunur.

Onun barəsində Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Adəm Məmmədov istintaqdan qaçıb gizləndiyi üçün ona hələlik prokurorluq tərəfindən ittiham elan etmək mümkün olmayıb, isintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, A.Məmmədov ötən il 6 ay həbsdə olub. Cinayəti ilə bağlı Vəkillər Kollegiyasından xaric edilən Məmmədovun sonradan ölkədən getdiyi bildirilir.

İndiki cinayət işində isə o, bir nəfərin üstünə hücum çəkib, sağlamlığına ziyan vurmaqda təqsirləndirilir. Hazırda hərtərəfli istintaq aparılır.



Xəbəri paylaş

3 dəfə oxunub.

Digər xəbərlər
28-01-2022, 11:16 Ordubada 41 sm qar yağıb