Saytımızı qiymətləndirin


 
 

Rubio: Rusiya, Çin və ABŞ liderləri arasında müntəzəm məsləhətləşmələr vacibdir
Tarix: 20-11-2026 | Saat: 23:10
Bölmə:Karusel / Dünya | çapa göndər

Marko Rubio

 

“Rusiya, Çin və ABŞ liderlərinin müntəzəm əsasda məsləhətləşmələr aparması vacibdir”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio ABŞ prezidenti Donald Trampın Ağ Evdə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.

“Bu üç liderin müntəzəm məsləhətləşmələr aparmamalı olduğu fikri nəinki absurddur, həm də təhlükəlidir. Ən azı ona görə ki, bu üç ölkə qarşılıqlı əlaqə qurmaq imkanına malik olmalıdır”, – Rubio vurğulayıb.

Onun sözlərinə görə, belə müzakirələrin aparılması üçün əlverişli atmosfer yaradılmalıdır.

Rubio onu da əlavə edib ki, liderlər arasında ünsiyyət olmadan müsbət atmosferə nail olmaq mümkün deyil və bu, digər məsələlər üçün də zəmin yaradır.



Xəbəri paylaş

7 dəfə oxunub.

Digər xəbərlər