Saytımızı qiymətləndirin


 
 

SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşərək partlayıb
Tarix: 20-11-2026 | Saat: 22:41
Bölmə:Karusel / Dünya | çapa göndər

SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşərək partlayıb

SEPAH-ın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında bir neft tankerinin dəniz minasına düşməsi nəticəsində partlayış və yanğın baş verdiyini açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, SEPAH ABŞ ordusunun dəstəyi ilə Hörmüz boğazından icazəsiz marşrutla keçməyə cəhd edərək qayda pozuntusuna yol vermiş neft tankerinin Oman ərazisindəki Xəsəb limanının girişində dəniz minalarına düşərək partladığını və yandığını iddia edib.

Açıqlamada tankerlərin dəniz minalarına düşməsinin səbəbi kimi Hörmüz boğazında icazəsiz marşrutların seçilməsi və ABŞ ordusunun yaydığı məlumatlara etibar edilərək qaydalara əməl olunmaması göstərilib.

 



Xəbəri paylaş

6 dəfə oxunub.

Digər xəbərlər