Tarix: 20-11-2026 | Saat: 15:43
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 32 916,9 milyon kub-metr və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz az qaz nəql edilib.
Dövlət Statistika Komitəsindən Qarabaginfo.az-a verilən məlumata görə, qaz nəqlinin 57,3%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə həyata keçirilib.
Bildirilir ki, hesabat dövründə Cənubi Qafqaz boru kəməri ilə bu kəmərlə 18 869,9 mln. kubmetr qaz ötürülüb, bu da illik müqayisədə 1,4% azalma deməkdir.
Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 40 235,6 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 0,3% azalma müşahidə olunub. Qaz nəqlinin 57,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 23 143,9 mln. kubmetr qaz ötürülüb (1,3%-lik artım olub).
Digər xəbərlər
















