Saytımızı qiymətləndirin


 
 

Qazaxıstanda aksiyalar zamanı məhkəmə hakimi ölüb
Tarix: 11-01-2022 | Saat: 11:21
Bölmə:Karusel / Region | çapa göndər

Məhkəmə ilə bağlı sənədlərə görə dövlət rüsumlarının dərəcələri dəyişib

Qazaxıstandakı kütləvi etiraz aksiyaları zamanı Almatı şəhəri İnzibati Xətalar üzrə İxtisaslaşdırılmış Rayonlararası Məhkəmənin hakimi Murat Abrayev öldürülüb.

Qarabaginfo.az “Zakon”a istinadən xəbər verir ki, bu barədə Almatı Şəhər Məhkəməsinin mətbuat xidməti bildirib.

Yanvarın 11-nə olan məlumata görə, Qazaxıstanın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyaları və baş verən iğtişaşlar nəticəsində 9 900 nəfər saxlanılıb, güc strukturlarının 17 əməkdaşı ölüb, 1300-dən çox polis əməkdaşı xəsarət alıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 10-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının videokonfrans formatında keçirilən çıxışında aksiyalar və iğtişaşlar nəticəsində ölən və yaralanan dinc sakinlər barədə məlumatın dəqiqləşdirildiyini bildirib.(Report)



Xəbəri paylaş

1278 dəfə oxunub.

Digər xəbərlər