Saytımızı qiymətləndirin


 
 

Komitə sədri: Azərbaycan-Gürcüstan əlaqələri Aİ baxımından da vacibdir
Tarix: 07-12-2023 | Saat: 14:13
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər

 

Komitə sədri: Azərbaycan-Gürcüstan əlaqələri Aİ baxımından da vacibdir

Azərbaycan və Gürcüstan arasındakı münasibətlər dəfələrlə qonşu ölkələr arasında uğurlu əməkdaşlığın sübutu olub.

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Boçorişvili Prezident İlham Əliyevin ötən gün ADA universitetində keçirilən konfransda Gürcüstanla bağlı fikirlərinə münasibət bildirərkən deyib. O, Azərbaycan-Gürcüstan əlaqələrinin yalnız regional kontekstdə deyil, Avropa İttifaqı ilə əlaqələr baxımından da vacib olduğunu deyib.

“Bu iki ölkənin əməkdaşlığı Gürcüstanın Avropa İttifaqı (Aİ) ilə fiziki kommunikasiyaları anlamına gələn layihələrin həyata keçirilməsi baxımından vacibdir. Bu prosesdə qonşu ölkələr arasında ümumi strategiyaya əsaslanan güclü birlik olmalıdır. Biz bizim üçün belə vacib qonşu olan ölkədən bu cür mesajları alqışlayırıq”, - komitə sədri deyib.(Apa)



Xəbəri paylaş

190 dəfə oxunub.

Digər xəbərlər