Tarix: 02-06-2023 | Saat: 12:31
Bölmə:Karusel / Sosial | çapa göndər
"Bəzən fikirlər səsləndirilir ki, 65 yaşına çatmış şəxslərin heç 30-40 faizi pensiya almır. Lakin bizdə rəqəmlər var və görürük ki, 65 yaşına çatanların 70-75 faizi pensiya alır".
Bunu Qarabaginfo.az-a
açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
O bildirib ki, dinamika bu rəqəmin artacağını göstərir.
"Məsələyə ümumi olaraq deyil, daha çox differensial yanaşırıq. Çünki nə ölkədəki dinamika ümumi istiqamətdədir, nə də beynəlxalq ekspertlər bunu deyir. Düzdür, bir-iki ölkə göstərirlər ki, onlarda pensiya yaşı 63-dür. Görək, növbəti illərdə bu, belə olacaqmı? Bizdə hazırda qadınların pensiyaya çıxma yaşı 63-dür, lakin 2027-ci ilə qədər onlarda da 65 olacaq. Deputatlar əhaliyə mesaj vermək istəyirlər, amma bu rəqəmlərlə əsaslandırılmış olmalıdır. Demokrafik artım oldu və əhalimizin sayı 10 milyonu keçdi. 2040-2050-ci illərdə həmin şəxslər pensiya yaşına çatacaq. Biz də burada mütənasibliyə fikir verməliyik. Pensiya müzakirələrində 5-10 il danışılmır. 2050-2080-ci illərə dair uzunmüddətli planlar hesablanır.
Biz 5 uşağı olan qadınların, zərərli işlərdə işləyənlərin (bunların sayı az idi, 60-nı da əlavə etdik) daha erkən pensiyaya çıxmasını təmin edirik" - deyə o qeyd edib.
Digər xəbərlər