"Bu məscid nəinki Şuşanın, ümumilikdə Qarabağın simvoluna çevriləcək"
Tarix: 14-05-2021 | Saat: 13:50
Bölmə:Karusel / Qarabağ | çapa göndər
2398 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 14-05-2021 | Saat: 13:50
Bölmə:Karusel / Qarabağ | çapa göndər

"Şuşada yeni tikilən məscidin görüntüləri mənim üçün sürpriz olsa da, məscidin inşası haqda çoxdan məlumatım var idi. Ermənistan Azərbaycan ərazilərini işğal edəndən sonra bu ərazilərə xrtistian görkəmi verməyə çalışırdı. Mətbuatdan da bildiyiniz kimi, hətta Xankəndidən görünən Başkənd kəndi ərazisində 10 hektarlıq sahədə 50 metr hündürlüyündə ermənilər dəmirdən xaç ucaltmışdılar və onu gecə işıqlandırırdılar. Həm Şuşadan, həm də Xankəndidən, digər şəhərlərdən də o görünürdü. Şuşanın özündə Qazançı rus provaslav kilsəsini elə təmir etmişdilər ki, Şuşaya kənardan baxanda ilk növbədə bu kilsə görünürdü. Ümumilikdə, götürəndə Şuşada 17 məhəllə məscidi olub, bu məhəllə məscidlərinin bir çoxları dağıdılıb, xarabalığa çevrilmişdi. Bunlardan 5-6 məscidin əzəli formalarını müəyyən etmək üçün qalıqları qalıb"
Qarabaginfo.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında memar Faiq İsmayılov deyib. O daha sonra əlavə edib:

"Yeni məscid Şuşanın yuxarı məhəlləsində, ən hündür yerində ucaldılacaq. Bu nəinki Şuşanın, ümumilikdə, götürəndə Qarabağın simvoluna çevriləcək. Bu məscid hardan baxılsa belə görünəcək. İkinci bir tərəfdən məscidin inşası bizim zəfər tariximizi göstərir. Burada 11-ci ay və 8 rəqəmi Şuşanın azad olunduğu tarixlərdir. Kənardan baxanda bu da aydın görüləcək. Ola bilsin ki, bu eskizə dizayn görüntüləri dəyişikliyi olunsun, hələ üzərində işlənilir, inşa üçün hazır deyil. Məndə olan məlumata görə, nəinki Şuşada, digər işğaldan azad olunmuş ərazilərimizdəki dini abidələrin bir çoxu bərpa olunacaq. Bu məsciddə həm klassik İslam dövrü memarlığı, həm də müasir memarlıq sintez təşkil edir. Əzəmətli bir məscid olacaq. Bu məscid həm də bizim ölkəmizdə İslam dininə olan hörmətin, izzətin bariz nümunəsidir. Artıq təməli qoyulub, biz də səbirsizliklə gözləyirik ki, inşa olunsun və tikintisində də iştirak edək. Ən azından məscid tikiləndən sonra kənardan baxıb qürurlanmağa bizim haqqımız çatır".
Xəbəri paylaş
Digər xəbərlər
28-09-2021, 11:02
Avropada qazın qiyməti 1 000 dolları ötüb
28-11-2022, 11:37
İranda aktrisalar hicabdan imtina etdilər
18-01-2021, 12:47
Lavrov: “Qərb siyasətçiləri daxildəki böhrandan diqqəti yayındırmaq üçün Navalnıdan istifadə edir”
11-08-2021, 10:43
Azərbaycan neftinin qiyməti 71 dollara yaxınlaşır
4-04-2024, 10:22
Konqo Prezidentinin rəsmi qarşılanma mərasimi olub
18-01-2022, 13:55
COVID-19 pasportu olmayanlar Qarabağa gedə bilməyəcək
8-10-2025, 11:12
Gürcüstan hərbçilərinə Azərbaycan Ordusunda PUA-ların tətbiqi barədə məlumat verilib
5-02-2024, 11:12
Bərdədə də ermənilər var - Rayon əhalisinin milli tərkibi - SİYAHI
6-03-2022, 20:50
Çavuşoğlu rusiyalı və ukraynalı həmkarları ilə danışıb
29-11-2024, 13:09
Sabah hava necə olacaq?- PROQNOZ