Saytımızı qiymətləndirin


 
 

Kadırov “düşməni” Süleyman Kərimovu “qardaş” adlandırdı
Tarix: 30-01-2026 | Saat: 23:20
Bölmə:Karusel / Təhsil | çapa göndər

Kadırov “düşməni” Süleyman Kərimovu “qardaş” adlandırdı

Çeçenistan lideri Ramzan Kadırov Moskvada Dağıstandan olan senator, milyarder Süleyman Kərimovla görüşüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə kadırov Teleqram kanalında məlumat yayıb.

“Moskvada qardaşım, Rusiya Federasiyasının senatoru Süleyman Kərimovla məhsuldar görüş keçirdim. İnanıram ki, Çeçenistan və Dağıstan xalqları bizim kimi qardaşdırlar", - deyə Kadırov yazıb.

Qeyd edək ki, 2024-cü ilin payızında Kadırov təhlükəsizlik rəsmiləri ilə görüşdə Süleyman Kərimovu, eləcə də Dövlət Dumasının deputatları Bekxan Baraxoyev və Rizvan Qurbanovu sui-qəsd sifariş etməkdə günahlandırmış, əksini sübut etməyəcəkləri halda onları qan düşmənçiliyi ilə hədələmişdi.

İnsident isə 18 sentyabr 2024-cü ildə Moskvada, “Wildberries” ofisinin yerləşdiyi “Romanov Dvor” biznes mərkəzində baş verən və iki mühafizəçinin ölümünə səbəb olan atışma ilə başlamışdı.

 



Xəbəri paylaş

25 dəfə oxunub.

Digər xəbərlər
8-08-2022, 09:58 Neft bahalaşdı