Saytımızı qiymətləndirin


 
 

Şəxsiyyət vəsiqəsi tam rəqəmsallaşdırılacaq- Qanun dəyişəcək
Tarix: 16-04-2024 | Saat: 11:33
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Yeni nazir Rəşad Nəbiyev kimdir? – DOSYE Pravda.az

Bu ilin sonunadək dövlət tərəfindən təqdim olunan doğum, nikah, ölüm haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqəsinin tam rəqəmsallaşdırılması ilə bağlı müvafiq qanunvericililiyə dəyişikliklər ediləcək.

Bunu Azərbaycan İnsurtech Zirvəsində çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, qeyd olunan sənədlər (şəhadətnamələr və şəxsiyyət vəsiqəsi – red.) həyat hadisələri ilə bağlı dövlət tərəfindən insanlara, cəmiyyətə təqdim olunan xidmətlərin təxminən 40%-ni təşkil edir.

Nazir qeyd edib ki, bu ilin axırına kimi bu sənədlərin tam rəqəmsallaşdırılması ilə bağlı qanunvericiliyə 250-dən artıq akt, müvafiq dəyişikliklər ediləcək.

“İlik sonunadək bu dəyişiklikləri etməklə, biz hesab edirik ki, dövlət və biznes, dövlət və vətəndaş arasında olan tranzaksiyaların böyük əksəriyyəti artıq elektron formata keçəcək”, – nazir vurğulayıb(apa).



Xəbəri paylaş

182 dəfə oxunub.

Digər xəbərlər