Qarabaginfo.az manset.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Vasif Talıbovun imzaladığı müvafiq sərəncamla Daxili İşlər naziri, polis general-leytenantı Fazil Ələkbərov tutduğu vəzifəsindən azad olunub.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Naxçıvan Muxtar Respublikası Daxili İşlər nazirinin müavini, polis general-mayoru Səbuhi Novruzov da vəzifəsindən azad olunaraq Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsinə təyin edilmişdi.