Ana Sayfa > Karusel / Siyasət > Azərbaycanda Daxili işlər naziri vəzifəsindən azad olundu - SƏRƏNCAM

Azərbaycanda Daxili işlər naziri vəzifəsindən azad olundu - SƏRƏNCAM


4-11-2021, 12:55. Yazar: Admin

Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri vəzifəsindən azad olunub.

Qarabaginfo.az manset.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Vasif Talıbovun imzaladığı müvafiq sərəncamla Daxili İşlər naziri, polis general-leytenantı Fazil Ələkbərov tutduğu vəzifəsindən azad olunub. 

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Naxçıvan Muxtar Respublikası Daxili İşlər nazirinin müavini, polis general-mayoru Səbuhi Novruzov da vəzifəsindən azad olunaraq Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsinə təyin edilmişdi.



Geri dön