Saytımızı qiymətləndirin


 
 

"Rusiyanın Sünikdə hərbi baza yerləşdirməsi məsələsini "dilənçiliklə" həll etmək olmaz" - Koçaryan
Tarix: 08-06-2021 | Saat: 10:09
Bölmə:Karusel / Gündəm | çapa göndər

title

Ermənistanın ikinci prezidenti, "Ermənistan" blokunun baş nazirliyinə namizədi Robert Koçaryan Sünik vilayətində Rusiya hərbi bazasının yerləşdirilməsini real hesab edir.

Qarabaginfo.az Qazet.az-a istinadən xəbər verir ki, bu barədə o, Qafanda seçicilərlə görüşü zamanı bildirib.

"Ancaq hər zaman vurğuladığım bir şey var: hörmət qazanmaq istəyiriksə, öz silahlı qüvvələrimiz olmalıdır. Bəli, Rusiya bizim strateji müttəfiqimizdir. Şübhəsiz. Ancaq çəkimizin lazımi səviyyədə olmasını istəyiriksə, özümüz də bir şey təqdim etməliyik. Başqa formada dövlətlərə hörmət edilmir", - Koçaryan qeyd edib.

Onun sözlərinə görə, hərbi baza məsələsinin "dilənçiliklə" deyil, ortaq əməkdaşlıq əsasında həll edilməsi üçün Ermənistan sürətlə ordunu bərpa etməli və müttəfiqləri ilə birlikdə ölkənin təhlükəsizliyini gücləndirməlidir.



Xəbəri paylaş

1347 dəfə oxunub.

Digər xəbərlər