Saytımızı qiymətləndirin


 
 

Türkiyə XİN Qəzza zolağına hücumun sülh və sabitliyi təhdid etdiyini açıqlayıb
Tarix: 01-02-2026 | Saat: 10:00
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

Türkiyə XİN Qəzza zolağına hücumun sülh və sabitliyi təhdid etdiyini açıqlayıb

Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin Qəzza Zolağına qarşı həyata keçirdiyi hücumlara münasibət bildirib.

Qarabaginfo.az-ın xəbərinə görə, nazirlik Qəzzada sülh prosesinin yeni mərhələyə qədəm qoyduğu bir dövrdə həyata keçirilən hücumların sülh və sabitliyin təmin olunmasına yönəlmiş beynəlxalq səyləri təhdid etdiyini açıqlayıb.

“Bu hücum İsrailin bölgədə sülh istəmədiyini bir daha göstərir. İsrailin, atəşkəsin qorunması və humanitar yardımların Qəzzaya maneəsiz şəkildə çatdırılması başda olmaqla, BMT Təhlükəsizlik Şurasının qərarı ilə qəbul edilmiş Sülh Planının bütün müddəalarına əməl etməsinin təmin olunmasının vacibliyini bir daha vurğulayırıq. Beynəlxalq ictimaiyyətin də sülh prosesinin irəlilədilməsi istiqamətində üzərinə düşən məsuliyyəti yerinə yetirməsi mühüm əhəmiyyət daşıyır”- bəyanatda deyilir.



Xəbəri paylaş

38 dəfə oxunub.

Digər xəbərlər