Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Universiteti QS Avropa reytinqində - Foto
Tarix: 30-01-2026 | Saat: 11:08
Bölmə:Karusel / Təhsil | çapa göndər

azerbaycan-universiteti-qs-avropa-reytinqinde

Azərbaycan Universiteti dünyanın aparıcı reytinq qurumlarından biri olan “Quacquarelli Symonds” tərəfindən açıqlanan QS Avropa reytinqində də yer alıb.

Qarabaginfo.az xəbər verir ki, “QS World University Rankings: Europe 2026” reytinqinin nəticələrinə əsasən, Azərbaycan Universiteti siyahıda 601-650-ci yerlər intevalında qərarlaşıb. Qərbi Asiya regional reytinqində (QS World University Rankings: Western Asia 2026) isə 54-cü yerdə göstərilib.

Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Universiteti “Papers per Faculty” (müəllim başına elmi nəşrlər) indikatoru üzrə ölkə universitetləri arasında qabaqcıl mövqelərdən birini tutub. Bu göstərici universitetdə aparılan elmi-tədqiqat fəaliyyətinin səmərəliliyini və akademik heyətin potensialının davamlı artımını nümayiş etdirir. Eyni zamanda beynəlxalq ali təhsil məkanında universitetin mövqeyinin yüksəldilməsi istiqamətində aparılan ardıcıl və məqsədyönlü işlərin real və ölçülə bilən nəticəsidir.

Qeyd edək ki, “Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi tərəfindən dərc olunmuş “QS Avropanın ən yaxşı universitetlərinin reytinqi” siyahısına bu il daha 6 Azərbaycan universiteti daxil edilib. Bununla da reytinqdə yer alan ölkə universitetlərinin sayı ötən illə müqayisədə 9-dan 15-ə yüksəlib. Azərbaycan Universiteti bu reytinqdə ilk dəfə yer alaraq ölkənin aparıcı ali təhsil müəssisələri sırasında mövqeyini möhkəmləndirib.



Xəbəri paylaş

40 dəfə oxunub.

Digər xəbərlər