Saytımızı qiymətləndirin


 
 

Meksikada narkokartel rəhbərinin saxlanılması zamanı 4 hərbçi və 7 silahlı şəxs ölüb
Tarix: 22-11-2026 | Saat: 08:52
Bölmə:Karusel / Kriminal | çapa göndər

Meksikada narkokartel rəhbərinin saxlanılması zamanı 4 hərbçi və 7 silahlı şəxs ölüb

Meksikanın Sinaloa ştatında “Beltran Leyva” cinayətkar qruplaşmasının rəhbəri Fausto İsidoronun saxlanılması əməliyyatı zamanı dörd hərbçi həlak olub.

Qarabaginfo.az  xəbər verir ki, bu barədə Meksikanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Çapo İsidorо” ləqəbi ilə tanınan qruplaşma rəhbərinin tutulmasına mane olmağa çalışan silahlı şəxslər hərbçilərə müqavimət göstəriblər.

Quasave bələdiyyəsi ərazisində baş verən silahlı qarşıdurmada Meksika ordusunun dörd hərbçisi həyatını itirib.

Cavab atəşi nəticəsində yeddi silahlı şəxs öldürülüb, səkkiz şübhəli saxlanılıb.

Saxlanılanlar arasında qruplaşmanın rəhbəri Fausto İsidorо, onun əmisi oğlu və müavini “Serafin” ləqəbli Herman, həmçinin təşkilatın maliyyə məsələlərinə cavabdeh olan Xose də var.

Onlar hərbi nəqliyyat təyyarəsi ilə Mexikoya aparılaraq Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğa təhvil veriliblər.

Digər beş şübhəli isə Sinaloa ştatının Kulyakan şəhərindəki prokurorluq bölməsinə təhvil verilib.

Əməliyyat zamanı iriçaplı “Barrett” tüfəngi, müxtəlif çaplı 10 odlu silah, qumbaraatan, iki əl qumbarası, döyüş sursatları, taktiki avadanlıqlar, narkotik vasitələr və nağd pul müsadirə edilib.

Meksika Müdafiə Nazirliyinin məlumatına görə, mülki şəxslər arasında xəsarət alan olmayıb.



Xəbəri paylaş

7 dəfə oxunub.

Digər xəbərlər