Saytımızı qiymətləndirin


 
 

Stoltonberqin xüsusi nümayəndəsinin Cənubi Qafqaza səfərinin məqsədi açıqlanıb
Tarix: 27-04-2022 | Saat: 17:11
Bölmə:Karusel / Dünya | çapa göndər

Stoltonberqin xüsusi nümayəndəsinin Cənubi Qafqaza səfərinin məqsədi açıqlanıb

Xavyer Kolomina NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi kimi Cənubi Qafqaza ikinci səfərini edir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Apa-ya NATO rəsmisi bildirib.

O deyib ki, bu səfər NATO rəsmilərinin Ermənistan, Azərbaycan və Gürcüstandan olan həmkarları ilə keçirdiyi müntəzəm məsləhətləşmələrin bir hissəsidir.

“Bu, NATO-nun bu mühüm tərəfdaşlarla əlaqələrini nəzərdən keçirmək və xüsusilə 2022-ci ilin iyununda Madriddə keçiriləcək NATO Sammitinə davam edən hazırlıq kontekstində gələcək siyasi dialoq və əməkdaşlıq haqqında fikirləri bölüşmək üçün mühüm platformadır. Kolomina artıq Ermənistana səfər edib və orada yüksək səviyyəli Ermənistan rəsmiləri ilə görüşüb. O, hazırda Gürcüstandadır və burada onun gürcü rəsmiləri, parlament üzvləri, Beynəlxalq Birlik və vətəndaş cəmiyyəti nümayəndələri ilə geniş tərkibdə görüşləri nəzərdə tutulub. O, aprelin 28-də Azərbaycanda olacaq. Kolominanın burada Azərbaycan hökumətinin yüksək səviyyəli rəsmiləri ilə görüşləri planlaşdırılıb”, - qeyd olunub.



Xəbəri paylaş

1220 dəfə oxunub.

Digər xəbərlər