Saytımızı qiymətləndirin


 
 

NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında müşahidə edilib
Tarix: 22-11-2026 | Saat: 16:31
Bölmə:Karusel / Dünya | çapa göndər

NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında müşahidə edilib

NATO-ya məxsus kəşfiyyat təyyarəsi Rusiyanın Kalininqrad vilayəti yaxınlığında uçuş həyata keçirib.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə TASS aviadispetçer xidmətindəki mənbəyə istinadən xəbər yayıb.

Bildirilib ki, təyyarə Rumıniyada yerləşən hərbi bazadan havaya qalxıb.

Mənbənin sözlərinə görə, əvvəllər NATO-nun bu cür uçuşları bazar günləri nadir hallarda müşahidə olunurdusa, son vaxtlar demək olar ki, hər bazar günü qeydə alınır.

Təyyarənin Kalininqrad vilayətinin hava məkanına daxil olub-olmadığı barədə məlumat verilməyib.



Xəbəri paylaş

2 dəfə oxunub.

Digər xəbərlər