Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında müşahidə edilib
Ana Sayfa > Karusel / Dünya > NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında müşahidə edilib

NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında müşahidə edilib


Bu gün, 16:31. Yazar: Admin

NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında müşahidə edilib

NATO-ya məxsus kəşfiyyat təyyarəsi Rusiyanın Kalininqrad vilayəti yaxınlığında uçuş həyata keçirib.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə TASS aviadispetçer xidmətindəki mənbəyə istinadən xəbər yayıb.

Bildirilib ki, təyyarə Rumıniyada yerləşən hərbi bazadan havaya qalxıb.

Mənbənin sözlərinə görə, əvvəllər NATO-nun bu cür uçuşları bazar günləri nadir hallarda müşahidə olunurdusa, son vaxtlar demək olar ki, hər bazar günü qeydə alınır.

Təyyarənin Kalininqrad vilayətinin hava məkanına daxil olub-olmadığı barədə məlumat verilməyib.


Geri dön