Saytımızı qiymətləndirin


 
 

Türkiyəli nazir müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir - Fotolar
Tarix: 30-03-2022 | Saat: 15:59
Bölmə:Karusel / Gündəm | çapa göndər

Türkiyəli nazir müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir

Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə dəvəti ilə Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Fatih Metinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Qarabaginfo.az xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılıb, “Türk şəhidliyi” abidəsi, Şəhidlər xiyabanı ziyarət olunub.

Daha sonra fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Fatih Metinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

E. Mirzəyev qardaş ölkələr olan Azərbaycanla Türkiyə arasındakı yüksələn xətlə inkişaf edən münasibətlərin əhəmiyyətindən danışıb, bütün sahələrdə olduğu kimi, fövqəladə halların idarə edilməsi, o cümlədən meşə yanğınları ilə mübarizə istiqamətində də yüksək səviyyəli əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb. E.Mirzəyev 44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyənin ölkəmizə göstərdiyi güclü siyasi dəstəyin Azərbaycan xalqı və dövləti tərəfindən yüksək qiymətləndirildiyini xatırladıb.

Nazir müavini, həmçinin Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyət sahələrindən ətraflı bəhs edib, ötən ilin iyul-avqust aylarında Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Nazirliyin yanğın-xilasetmə qüvvələrinin qardaş ölkədə təbii fəlakətin qarşısının alınması istiqamətində fəaliyyətini xatırladaraq, bunu ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin daha bir göstəricisi adlandırıb.

Fatih Metin fövqəladə hallarla mübarizə, o cümlədən meşə yanğınlarının söndürülməsi istiqamətində iki qardaş ölkənin uyğun qurumları arasında əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib. O, həmçinin ötən ilin yayında Türkiyədə baş vermiş yanğınların söndürülməsində Azərbaycan yanğınsöndürən-xilasedicilərinin fədakar fəaliyyətindən danışıb, göstərilən dəstəyə və yardıma görə Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına təşəkkürlərini bildirib. Qonaq, eyni zamanda hər iki nazirlik arasında qarşılıqlı əlaqələrin inkişafına göstərdiyi diqqətə görə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişcinin adından Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərova təşəkkürünü bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalı və Dövlət Yanğından Mühafizə Xidməti Səbail Rayon Yanğından Mühafizə Hissəsinin fəaliyyəti ilə yerində tanış olublar.

 








 



Xəbəri paylaş

237 dəfə oxunub.

Digər xəbərlər
21-12-2018, 10:17 CNN Batabatdan yazdı