Saytımızı qiymətləndirin


 
 

Bu gün peşəkar mühasib sertifikatı imtahanı keçiriləcək
Tarix: 22-11-2026 | Saat: 16:28
Bölmə:Karusel / Dünya | çapa göndər

Bu gün peşəkar mühasib sertifikatı imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 22-də peşəkar mühasib sertifikatı imtahanının mühasibat uçotu üzrə birinci mərhələsini keçirəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahan saat 16:00-da Mərkəzin elektron imtahanlar korpusunda kompüter vasitəsilə təşkil olunacaq.

İmtahanın keçirilməsinə 7 zal inzibatçısı, 43 nəzarətçi və 7 buraxılış rejimi əməkdaşı cəlb edilib.

Üç saat davam edəcək imtahanda namizədlərə 40 test tapşırığı təqdim olunacaq. Qapalı tipli tapşırıqların 20-si 1, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5, 2-si isə 10 balla qiymətləndiriləcək.

Namizədlər imtahanı yekunlaşdırdıqdan və ya ayrılmış vaxt başa çatdıqdan sonra qapalı tipli tapşırıqlar üzrə nəticələri ilə tanış ola biləcəklər.

Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yekun nəticələr altı həftədən sonra elan olunacaq.



Xəbəri paylaş

2 dəfə oxunub.

Digər xəbərlər