Tarix: 05-12-2017 | Saat: 17:45
Bölmə:Karusel / Sosial | çapa göndər
Qarabaginfo Mia.az-a istinadən xəbər verir ki, nazirlikdən Trend-ə bildirilib ki, klinikada belə bir hadisənin baş verməsindən məlumatsızdırlar. SN-dən əlavə edilib ki, hadisənin baş verdiyi müəssisə özəl olduğundan araşdırmanın aparılması üçün zərərçəkənin ya qohumları, ya da hüquq-mühafizə orqanları SN-ə müraciət etməlidirlər. Lakin indiyədək nə qohumlar, nə də hüquq-mühafizə orqanları tərəfindən nazirliyə müraciət daxil olmayıb. Bu səbəbdən də SN özəl klinikada baş vermiş hadisə ilə əlaqədar hər hansı araşdırma aparmır.
Məlumatda daha sonra bildirilib: "Xəstəxanada çalışan invaziv radioloq İlqar Hüseynov qızın ailəsinə göz qapağının altında olan ləkənin aparılması üçün əməliyyat lazım olduğunu deyib. Həkim həmin hissəyə gedən damarın bağlanılacağını, bununla da problemin həll olunacağını bildirib. Lakin əməliyyat zamanı damarı bağlamaq üçün istifadə olunan material beyinə gedib və orada ilişib qalıb. Bu isə Ayşənin komaya düşməsinə səbəb olub. Həkimlər qızın sağalacağına ümid etmirlər".
Digər xəbərlər