Saytımızı qiymətləndirin


 
 

Xankəndiyə güclü qar yağdı - Foto
Tarix: 19-01-2026 | Saat: 10:13
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Xankəndiyə güclü qar yağdı - Foto

Yanvarın 18-i axşam saatlarından etibarən Xankəndi şəhərinə 10-15 santimetr hündürlüyündə qar yağıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, hazırda müvafiq qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında kommunal xidmət sahəsində hər hansı bir problem yoxdur. İstehlakçıların dayanıqlı qaz, elektrik enerjisi, su ilə ilə təmin olunması üçün işlər görülüb.

Yağan qar şəhərdə nəqliyyatın hərəkətində də hər hansı ciddi problem yaratmayıb. Yollar qardan təmizlənib, avtomobillərin hərəkəti normal qaydada davam edir.

Qurumlar sakinləri ehtiyatlı olmağa və hava şəraitinə uyğun hərəkət etməyə çağırıb.

 



Xəbəri paylaş

38 dəfə oxunub.

Digər xəbərlər