Saytımızı qiymətləndirin


 
 

Tramp: Razılaşma əldə olunmasa, İrana qarşı yeni addımlar ata bilərik
Tarix: 02-11-2026 | Saat: 08:06
Bölmə:Karusel / Dünya | çapa göndər

Tramp: Razılaşma əldə olunmasa, İrana qarşı yeni addımlar ata bilərik

ABŞ prezidenti Donald Tramp İranla razılaşma əldə olunmayacağı təqdirdə Vaşinqtonun yeni addımlar ata biləcəyini bildirib.

Qarabaginfo.az xəbər verir ki, Tramp bu barədə Ayova ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

Tramp İranla münaqişəni bitirmək istədiyini, lakin müəyyən mərhələdə Tehrana qarşı güc tətbiq etməli ola biləcəklərini deyib.

O, ABŞ-ın İranla məsələni ya razılaşma yolu ilə, ya da başqa vasitələrlə tezliklə həll edəcəyini vurğulayıb.

Tramp daha əvvəl Konqresə aralıq seçkilərdən əvvəl İrana zərbə endirmək niyyətində olmadığını bildirmişdi.

“Axios”un məlumatına görə, o, seçkilərdən dərhal sonra da hərbi əməliyyatları bərpa etmək əvəzinə Tehranla danışıqlara üstünlük vermək istəyir.

 



Xəbəri paylaş

12 dəfə oxunub.

Digər xəbərlər