Saytımızı qiymətləndirin


 
 

İrana hücum hazırlığı bitdi: Bir azdan "sükut" pozulacaq
Tarix: 30-01-2026 | Saat: 23:21
Bölmə:Karusel / Dünya | çapa göndər

İrana hücum hazırlığı bitdi: Bir azdan "sükut" pozulacaq

Yaxın Şərq yenə alışır. ABŞ silah gətirir. İran təhdid edir. ABŞ-İran xəttində vəziyyət yenidən kritik həddə çatıb.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Sürixdə yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.

“Vaşinqton Yaxın Şərqdə hərbi mövcudluğunu açıq şəkildə artırır: 1 aviadaşıyıcı zərbə qrupu, 8 esmines və yüzlərlə raket buraxılış sistemi artıq regionda döyüş hazırlığı vəziyyətindədir. 40 min əsgər, barmaq tətikdə. Bu, diplomatik mesaj deyil - güc nümayişidir.

İran tərəfi isə xəbərdarlıq edir: istənilən hücum “ümumi müharibə” kimi qəbul ediləcək. Yəni ritorika yox, real eskalasiya riski var”, - o bildirib.

E.Həsənli qeyd edib ki, bu mərhələdə məsələ təkcə İranın nüvə proqramı deyil:

“Məsələ regionda güc balansının yenidən qurulmasıdır. ABŞ geri çəkilmədiyini göstərir, İran isə geri addım atmayacağını.

Qısası, danışıqlar bitib, raketlər danışmağa hazırdır. Diplomatiya bitəndə belə olur.

Bu, elan edilməmiş müharibədir. Əslində müharibə gedir, əsəb müharibəsi çoxdan başlayıb. Bir azdan isə real şəkildə sükut pozulacaq. Yaxın Şərq yenidən böyük oyunun mərkəzinə çəkilir.

Ümid edək ki, Azərbaycan ən pis variantlara da hazırdır...”

 



Xəbəri paylaş

41 dəfə oxunub.

Digər xəbərlər