Saytımızı qiymətləndirin


 
 

"Qarabağ"ın rəqibləri bəlli oldu
Tarix: 01-09-2023 | Saat: 16:28
Bölmə:Karusel / İdman | çapa göndər

 

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri bəlli olub.

 

Qarabaqinfo.az  xəbər verir ki, ölkə çempionu Almaniyanın "Bayer", Norveçin "Molde" və İsveçin “Haken” kollektivi ilə birlikdə H qrupunda yer alacaq.

 

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinə sentyabrın 21-də start veriləcək.

 

A qrupu: “Vest Hem” (İngiltərə), “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya), “Baçka Topola” (Serbiya).

 

B qrupu: “Ayaks” (Niderland), “Marsel” (Fransa), “Brayton” (İngiltərə), AEK (Yunanıstan).

 

C qrupu: “Reyncers” (Şotlandiya), “Betis” (İspaniya), “Sparta” (Çexiya), “Aris” (Kipr).

 

D qrupu: “Atalanta” (İtaliya), “Sportinq” (Portuqaliya), “Şturm” (Avstriya), “Rakuv” (Polşa).

 

E qrupu: “Liverpul” (İngiltərə), LASK (Avstriya), “Union” (Belçika), “Tuluza” (Fransa).

 

F qrupu: “Vilyarreal” (İspaniya), “Renn” (Fransa), “Makkabi” (Hayfa, İsrail), “Panatinaikos” (Yunanıstan).

 

G qrupu: “Roma” (İtaliya), “Slaviya” (Çexiya), “Şerif” (Moldova), “Servett” (İsveçrə).

 

H qrupu: “Bayer” (Almaniya), “Qarabağ” (Azərbaycan), “Molde” (Norveç), “Haken” (İsveç).



Xəbəri paylaş

1550 dəfə oxunub.

Digər xəbərlər