Saytımızı qiymətləndirin


 
 

Putin-Ərdoğan telefon söhbəti - Nədən danışıldı?
Tarix: 18-04-2022 | Saat: 14:20
Bölmə:Karusel / Dünya | çapa göndər

 Putin-Ərdoğan telefon söhbəti - Nədən danışıldı?

 

Rusiya Federasiyası və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışığında Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının gedişini müzakirə ediblər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə danışıqdan sonra Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya lideri həmsöhbətinə Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların gedişi barədə də məlumat verib. Bundan əlavə, liderlər XİN rəhbərləri arasında Antalya və Moskvada keçirilən son danışıqların nəticələrinə müsbət qiymətləndiriblər.

Öz növbəsində, Ərdoğan Türkiyə vətəndaşlarının Ukraynadan təxliyyəsində göstərdiyi köməyə görə Rusiya Federasiyasına təşəkkür edib.

“Söhbətdə humanitar komponentə xüsusi diqqət yetirildi. Rəcəb Tayyib Ərdoğan Türkiyə vətəndaşlarının Ukrayna ərazisindən təxliyəsi, eləcə də Azov dənizindəki Rusiya limanlarından türk yükləri daşıyan gəmilərin təhlükəsiz çıxışına göstərdiyi köməyə görə minnətdarlığını bildirib”, - deyə Kremldən bildirilib.

Telefon danışığından sonra iki ölkə prezidentləri müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.



Xəbəri paylaş

247 dəfə oxunub.

Digər xəbərlər