Tarix: 30-01-2026 | Saat: 14:52
Bölmə:Karusel / Region | çapa göndər
Gürcüstan-Azərbaycan dövlət sərhədi boyunca axan Alazan (Qanıx) çayının sahillərinin bərpası üzrə işlərin həyata keçirilməsi üzrə dörd tender elan edilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Yollar Departamentindən bildirilib.
Siqnaği bələdiyyəsində həyata keçiriləcək bərpa işlərinin ümumi dəyəri 9,2 milyon lari təşkil edir.
Departamentin məlumatına əsasən, Alazan çayının sahillərinin erroziyaya uğraması səbəbindən ərazinin təhlükəsizliyini və çay yatağının sabitliyini təmin edəcək sahil mühafizəsi tədbirlərinin həyata keçirilməsi zərurəti yaranıb.
"Alazan çayının yatağı Gürcüstan və Azərbaycan arasında təbii sərhəd rolunu oynayır və buna görə də planlaşdırılan işlər sərhəd ərazisinin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir", - məlumatda qeyd olunub.
Digər xəbərlər






" style="width: 670px; height: 340px;">







