Saytımızı qiymətləndirin


 
 

Naxçıvanda daha bir nazirlik ləğv olunur – General yola salınır
Tarix: 31-12-2022 | Saat: 11:52
Bölmə:Karusel / Region | çapa göndər

Naxçıvanda daha bir nazirlik ləğv olunur – General yola salınır

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi ləğv edilir.

Qaynarinfo-ya daxil olan məlumata görə, artıq bununla bağlı Fövqəladə Hallar Nazirliyində iş aparılır. Yeni yaradılacaq qurumun adı isə Fövqəladə Hallar Nazirliyinin Naxçıvan Regional Mərkəzi olacaq.

Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikasının fövqəladə nallar naziri general-leytenant Şamı Abdullayevdir.

Sosial şəbəkələrdə Şamı Abdullayev barəsində də bəzi iddialar irəli sürülüb. Bildirilir ki, Naxçıvan FHN-də və onun struktur qurumları olan Yanğın Təhlükəsizliyi İdarəsində, Maliyyə İqtisadiyyat Şöbəsində və Mülki Müdafiə hərbi hissəsində yoxlamalar aparılsa nəticədə  ciddi qanun pozuntuları aşkara çıxacaq. İddia olunur ki, Şamı Abdullayevin hərbi hissə komandiri ilə şərik əkdiyləri hektarlarla taxıl sahələri var və hərbi hissəyə ayrılan yanacaq şəxsi taxıl sahələrində istifadə olunur.

General-leytenant Abdullayev Şamı İsmayıl oğlu 05.01.1962-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub. Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi və Rusiya Federasiyasının V.V.Kuybışev adına Hərbi Mühəndislik Akademiyasının mülkü müdafiə fakultəsini bitirib. Ailəlidir, 2 övladı var.



Xəbəri paylaş

1163 dəfə oxunub.

Digər xəbərlər