Saytımızı qiymətləndirin


 
 

Lavrov: Taliban Əfqanıstanı uğurla idarə edir
Tarix: 05-10-2026 | Saat: 14:39
Bölmə:Karusel / Dünya | çapa göndər

Video address by Foreign Minister Sergey Lavrov on the occasion of Russian Language Day, Moscow, June 6, 2025 - Министерство иностранных дел Российской Федерации

"Talibanın rəhbərlik etdiyi Əfqanıstan hökuməti ölkə ərazisinə nəzarəti ələ keçirib və etiraf etmək lazımdır ki, onu kifayət qədər uğurla idarə edir".

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Əfqanıstanla bağlı Moskva formatında görüşdə bildirib.

Onun sözlərinə görə, sərt sanksiyalara baxmayaraq Əfqanıstan iqtisadiyyatı artıb.

Lavrov beş il əvvəl Amerika qoşunlarının Əfqanıstandan çıxarıldığını xatırladıb: "ABŞ-ın və onun NATO müttəfiqlərinin güclü hərbi maşını əfqanların döyüş ruhu və dözümlülüyü ilə qırılıb. İşğalçılar qaçmağa məcbur olublar."

Rusiya XİN başçısı həmçinin vurğulayıb ki, Əfqanıstanda və qonşu ölkələrdə NATO infrastrukturunun yerləşdirilməsi Moskva üçün qəbuledilməzdir.



Xəbəri paylaş

56 dəfə oxunub.

Digər xəbərlər