Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənlidən sonra boşalan Xəzər TV-nin direktoru vəzifəsinə yeni təyinat olub.

Qarabaginfo xəbər verir ki, bu barədə “Bakupost” məlumat yayıb. Bildirilib ki, Şamxal Həsənlinin yerinə bu posta tanınmış şoumen, xalq artisti Murad Dadaşov gətirilib.

Məsələ ilə bağlı "Qafqazinfo" saytı "Xəzər Tv"nin sözcüsü Aqşin Kamalla əlaqə saxlayıb. O, bu barədə məlumata sahib olmadığını, məsələni dəqiqləşdirmək üçün bir qədər sonra zəng olunmasını xahiş edib. Lakin kanal rəsmisi daha sonra zənglərə cavab verməyib. Telekanal əməkdaşları isə məsələdən bixəbər olduğunu bildirirlər.

Axşam.az isə bu məqamda əlavə edir ki, Murad Dadaşov bu gün Xəzər TV-nin yerləşdiyi binaya gəlib. Məsələ ilə bağlı sabah rəsmi olaraq açıqlama veriləcəyi gözlənilir.