Tarix: 03-08-2026 | Saat: 20:56
Bölmə:Karusel / Siyasət | çapa göndər
ABŞ və Ukrayna arasında “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin birgə istehsalına dair sazişin bu qışadək imzalanması ehtimalı azdır.
Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Matthiyu Uitaker "Fox Business" telekanalına müsahibəsində deyib.
Uitaker bildirib ki, ABŞ-ın ixracına ciddi nəzarət etdiyi PAC-3 tipli raketlərin istehsalına Ukraynaya icazə veriləcəyi ehtimalı azdır. Bununla belə, onun sözlərinə görə, ABŞ Ukrayna ilə birgə istehsal imkanlarını nəzərdən keçirir.
“Biz bu sazişlərdən bəziləri üzərində işləyirik. Hazırda elan ediləcək bir şey yoxdur. Uzunmüddətli istehsal müqavilələrinin bu qışadək həyata keçirilməsi mümkün görünmür. Buna görə də işi davam etdirəcəyik”, – deyə o bildirib.
Digər xəbərlər







" style="width: 670px; height: 340px;">









