Saytımızı qiymətləndirin


 
 

Mədəniyyət naziri Xalq artisti Tofiq Bakıxanovu evində ziyarət edib
Tarix: 31-07-2026 | Saat: 12:46
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

Mədəniyyət naziri Xalq artisti Tofiq Bakıxanovu evində ziyarət edib

Mədəniyyət naziri Adil Kərimli iyulun 30-da görkəmli bəstəkar, pedaqoq, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Əmək” ordenləri laureatrı, Xalq artisti Tofiq Bakıxanovu evində ziyarət edib.

Bu barədə Qarabaginfo.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bəstəkarın səhhəti ilə maraqlanan nazir ona xoş arzularını çatdırıb.

Qeyd olunub ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva ölkədə mədəniyyətin, ədəbiyyatın inkişafında xidmətləri olan şəxslərin fəaliyyətini daim diqqətdə saxlayır, öz qayğılarını əsirgəmirlər. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu ənənə yaradıcı insanlar üçün böyük stimuldur.

Tofiq Bakıxanovun bənzərsiz yaradıcılığı ilə musiqi mədəniyyətimizi zənginləşdirdiyini deyən Adil Kərimli onun bu sahədə xidmətlərinin dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini qeyd edib.
Xalq artisti Tofiq Bakıxanov yaradıcılığına göstərilən xüsusi diqqətə görə ölkə başçısına təşəkkürünü bildirib.

 



Xəbəri paylaş

11 dəfə oxunub.

Digər xəbərlər