Saytımızı qiymətləndirin


 
 

ABŞ Rusiyaya aid 400-dən çox biznes subyektinə sanksiya tətbiq edib
Tarix: 23-08-2024 | Saat: 19:42
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ Rusiyaya aid 400-dən çox biznes subyektinə sanksiya tətbiq edib

ABŞ-nin Maliyyə Nazirliyi Rusiyanın müdafiə naziri Andrey Belousovun oğlu Pavel Belousov da daxil olmaqla, bu ölkəyə aid 400-dən çox şirkət və fiziki şəxsə sanksiya tətbiq edib.

qarabaginfo.az xəbər verir ki, bu barədə məlumat sözü gedən qurumun internet səhifəsində yerləşdirilib.

Məhdudiyyətlərin qeyd olunduğu siyahıda sanksiyaların tətbiq olunduğu subyektlərlə əməkdaşlıq edən Avropa, Asiya və Yaxın Şərq regionunda yerləşən kommersiya qurumları da var.

Budəfəki sanksiyalar Rusiya tərəfinin maliyyə texnologiyaları, IT sektoru, metallurgiya, faydalı qazıntı hasilatı və emalı, aviasiya, müdafiə sənayesi, atom enerjisi, o cümlədən pilotsuz uçuş aparatlarının istehsalı sahələrində fəaliyyət göstərən şirkətlərini əhatə edir.

Onların arasında “Rosatom” da var. Belə ki, sözü gedən korporasiyaya texnoloji avadanlıq və vasitələrin ixracı qadağan olunur.

Xatırladaq ki, məhdudiyyət tətbiq olunan biznes subyektlərinin siyahısına Rusiya ilə bu və ya digər şəkildə əməkdaşlıq edən bir sıra ölkələrdə qeydiyyatdan keçmiş şirkətlər də daxil edilib.



Xəbəri paylaş

48 dəfə oxunub.

Digər xəbərlər