Xocalı və Ağdərəyə 87 nəfər köçürülüb - FOTO
Tarix: 30-09-2026 | Saat: 14:13
Bölmə:Karusel / Qarabağ | çapa göndər
71 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 30-09-2026 | Saat: 14:13
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Sentyabrın 30-da Xocalı və Ağdərə rayonlarına növbəti köç həyata keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün həyata keçirilən köç mərhələsində Xocalı şəhərinə 78 nəfərdən ibarət 17 ailə, Xocalının Xanyurdu kəndinə 1 ailə, 5 nəfər, Ağdərə rayonunun Vəngli kəndinə isə 4 nəfərdən ibarət 1 ailə qayıdıb. Beləliklə, ümumilikdə 19 ailə olmaqla 87 nəfərin Xocalı və Ağdərə rayonlarına köçü təmin edilib. Köçürülən sakinlərə yeni yaşayış mənzillərinin açarları təqdim olunub.
Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı mərhələli şəkildə həyata keçirilir./Apa
Xəbəri paylaş
Digər xəbərlər
2-04-2022, 22:02
Ərdoğan: “Suriyada baş verən faciə indi Ukraynada təkrarlanır”
5-12-2024, 08:15
Blinken: ABŞ Gürcüstan hakimiyyətinə qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır
27-10-2024, 20:28
Türkiyənin tanınmış şirkəti Baykar saxtakarlıqla bağlı xəbərdarlıq edib
30-06-2022, 17:06
Prezident: “Qoşulmama Hərəkatının təşkilata çevrilməsi ilə bağlı müzakirələri yenidən başlamağın vaxtı çatıb”
10-07-2026, 08:07
Çində zooparkdan 100-dən çox heyvanı sel aparıb
25-05-2021, 12:02
Prezident Cavad Zərifi qəbul etdi























