Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşüb.
Bu barədə səfir “X” platformasında paylaşımında bildirib.
O qeyd edib ki, görüş zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə edilib.
“Birliyimiz gücümüzdür”, – səfir vurğulayıb.






" style="width: 670px; height: 340px;">










