Saytımızı qiymətləndirin


 
 

Almaniya ordusunda qadın hərbçilərin sayının artırılması planlaşdırılır
Tarix: 07-11-2026 | Saat: 07:54
Bölmə:Karusel / Dünya | çapa göndər

Almaniya ordusunda qadın hərbçilərin sayının artırılması planlaşdırılır

Almaniyanın müdafiə naziri Boris Pistorius Bundesverdə qadın hərbçilərin sayının artırılması istiqamətində səyləri gücləndirəcəklərini bildirib.

Qarabaginfo.az xəbər verir ki, onun sözlərinə görə, son vaxtlar qadınların hərbi xidmətə müraciətlərində müsbət dinamika müşahidə olunsa da, mövcud göstəricilər qənaətbəxş deyil.

Bu məqsədlə Müdafiə Nazirliyi qadınların orduya cəlb edilməsi üçün xüsusi kadr bölməsi yaradıb.

Pistorius Bundesverdə cinsi toxunulmazlığa qarşı hüquq pozuntularının artmasına da toxunub. O bildirib ki, ötən il bu qəbildən olan təxminən 460 ehtimal olunan hal qeydə alınıb. Nazirlik gələn həftə bu sahədə gizli cinayətlərin səviyyəsinə dair araşdırmanın nəticələrini açıqlayacaq.

Hazırda Almaniya Silahlı Qüvvələrində təxminən 25,5 min qadın xidmət edir. Bu, hərbi qulluqçuların ümumi sayının 14 faizini təşkil edir. Ordunun mülki heyətində isə qadınların payı təxminən 40 faizdir.



Xəbəri paylaş

4 dəfə oxunub.

Digər xəbərlər