Tarix: 06-11-2026 | Saat: 08:16
Bölmə:Karusel / Dünya | çapa göndər
Türkiyənin sabiq ailə və sosial xidmətlər naziri Fatma Betül Sayan Kaya həbs edilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Kaya İstanbul Baş Prokurorluğunun maliyyə bazarlarında həyata keçirilən əməliyyatlarla bağlı apardığı fond istintaqı çərçivəsində saxlanılıb.
O, ifadəsi alındıqdan sonra “Kapital bazarı haqqında” qanunu pozmaqda və cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olmaqda şübhəli bilinərək həbs tələbi ilə növbətçi məhkəməyə göndərilib.
Məhkəmə prokurorluğun vəsatətini təmin edərək onun barəsində həbs qətimkan tədbiri seçib.
İstintaq çərçivəsində Kayının həyat yoldaşı İlyas Kaya və Türkiyənin sabiq Kapital Bazarları Şurasının (SPK) sədri İbrahim Ömer Gönül barəsində isə məhkəmə nəzarəti tədbirləri tətbiq olunub.
Onların ölkədən çıxışına qadağa qoyulub və imza atmaq öhdəliyi müəyyən edilib.
Digər xəbərlər


















