Saytımızı qiymətləndirin


 
 

Ermənistan Türkiyə ilə sərhədin açılmasının iqtisadi təsirlərini qiymətləndirir
Tarix: 28-10-2025 | Saat: 15:53
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan

Ermənistan hökuməti Türkiyə ilə sərhədin açılmasının ölkə iqtisadiyyatına təsirlərini araşdırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan açıqlama verib.

Nazirin sözlərinə görə, hazırda hökumət sərhədin açılmasının ticarət dövriyyəsinə göstərəcəyi təsiri, hansı malların idxal və ixrac edilə biləcəyini, eləcə də iqtisadi əlaqələrin potensial istiqamətlərini qiymətləndirir.

“Bu dəfə biz sərhədin açılmasının ticarət dövriyyəsinə necə təsir göstərəcəyini, hansı məhsulların idxal və ixrac ediləcəyini araşdırırıq. Anlayış, iş var, lakin bu müəyyən təcrübə tələb edən bir prosesdir və biz onu öyrənirik”, - Papoyan qeyd edib.

Nazir əlavə edib ki, məsələ üzrə işlər davam edir və Ermənistan hökuməti iqtisadi riskləri və imkanları hərtərəfli şəkildə qiymətləndirməyə çalışır.



Xəbəri paylaş

39 dəfə oxunub.

Digər xəbərlər